Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlı kontingentinə (RSK) və Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobil karvanının hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
“Report” xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz hərəkəti təmin olunub.
Belə ki, RSK-ya məxsus 21 minik və 27 yük avtomobili, həmçinin BQXK-ya məxsus 8 minik və 1 yük maşını Xankəndidən Laçın istiqamətinə keçid edib.
Həmçinin Rusiya sülhməramlılarına məxsus 2 hərbi sərnişin daşıyan avtomobildə Xankəndi istiqamətindən erməniəsilli şəxslər Laçın istiqamətinə aparılıblar.
Bu isə bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.
Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunun hər iki istiqamətində hərəkət edən RSK və BQXK-ya məxsus avtomobillərin ümumi sayı 57-ə çatıb.







