Bu gecə Rusiyanın Kalininqrad vilayətinin Mamonovo gömrük postunda azərbaycanlının idarə etdiyi Polşadan gələn “Ford” maşınını saxlayıblar.
Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, yoxlama zamanı gömrükçülər maşının yük yerində 15,5 min təzə zanbaq gülləri aşkar edib. Güllərin ümumi çəkisi 700 kq olub.
Gömrük idarəsindən bildirilib ki, karantin fitosanitar nəzarəti haqqında akta əsasən, bitki mənşəli məhsulların ölkəyə daxil edilməsi qadağandır.
Faktla bağlı inzibati qanun pozuntusu üzrə iş qaldırılıb. Güllərin hamısı Polşaya qaytarılıb.