Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) və Rusiya DİN-in “Rıs” xüsusi bölməsinin əməkdaşları Moskvada azərbaycanlıların mütəşəkkil cinayətkar dəstəsinin fəal iştirakçısını həbs ediblər.
Bu barədə Rusiya DİN-nin saytında bildirilir. Kriminal aləmdə “Ramin Gəncinski” kimi tanınan şəxsə qarş sui-qəsd törətmək və quldurluqla bağlı ittihamlar irəli sürülüb.
İstintaqın məlumatına görə, Rusiyada qanunsuz yaşayan 28 yaşlı Azərbaycanlı Moskvada sahibkarlıqla məşğul olan öz həmvətəninə - azərbaycanlı biznesmenə sui-qəsd təşkil edib. Raminin quldur hücumlarının obyektləri qismində Moskva vilayətindəki şəxsi evlər göstərilir.
Bu əməllərə əlaqədar Rusiya Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə cinayət işi başlanılıb, həbs olunmuş şəxs barəsində artıq həbs – qətiimkan tədbiri seçilib. Hazırda Rusiya polisi Ramin Gəncinskinin Moskva və Sankt-Peterburqda, o cümlədən Moskva ətarfında və Leninqrad vilayətində törədilmiş cinayətlərə aidiyyatının olub-olmadığını müəyyənləşdirir.
www.lenta.ru
Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin