Yerli KİV ilə söhbətdə “Fun Factory”nin baş direktoru Dirk Bauer şirkətin mallarının yayılma coğrafiyasının genişləndirilməsi planları barədə danışıb:
“Hazırda bizim illik gəlirimiz 20 milyon avro təşkil edir və ABŞ-da törəmə şirkətimiz var. İndi mallarımız dünyanın bir çox ölkələrində satılır, lakin biz onların satış coğrafiyasını daha da genişləndirmək, dünyanın, Avropanın yeni ölkələrində nümayəndəliklər açmaq istərdik. Məsələn, biz Azərbaycanda seks-şop açmaq istərdik. Belə ki, son aylar bu ölkədə tez-tez fahişəliyi qanuniləşdirmək barədə təkliflər səslənir. Biz çox şadıq ki, dünyanın digər ölkələri Avropanın yolunu getmək və fahişəliyi qanuniləşdirmək istəyirlər. Ümid edirəm ki, Azərbaycanda fahişəliyi qanuniləşdirəndən sonra bu ölkədə seks-şoplar açmağa icazə verəcəklər. Misal üçün qonşu Türkiyəni göstərmək olar – Türkiyə müsəlman ölkəsi olsa da, orada seks-şopların fəaliyyətinə xeyli müddətdir ki, icazə verilib”.
Qeyd edək ki, Fun Factory GmbH Almaniyanın tanınmış erotik oyuncaqlar istehsalçısıdır. Şirkət silikon falloimitatorlar, vibratorlar və sevgi şarlarının istehsalında ixtisaslaşır. “Əyləncə fabrikinin” baş ofisi Bremen şəhərində yerləşir.
Xatırladaq ki, bundan əvvəl Azərbaycanın Milli Məclisinin deputatı Siyavuş Novruzov Azərbaycanda fahişəliyi qanuniləşdirməyə çağırıb.
Onun rəyinə görə, bu, insan ticarəti ilə mübarizəyə kömək edəcək:
“İndi insan alveri ilə bağlı qanunları sərtləşdiririk, amma problemlər bir az da ağırlaşacaq. Çünki bu işlə qeyri-rəsmi məşğul olanlar yenə də məşğul olacaqlar. Əslində qanunların sərtləşməsi korrupsiyaya yol açacaq. Bütün Avropa ölkələri artıq bu işin çəmini tapıb, biz də onların təcrübəsindən istifadə edə bilərik”.
Azərbaycan Xəbərləri
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin