Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Mülayim cənub-qərb küləyi axşam saatlarında şimal küləyi ilə əvəzlənəcək. Paytaxtda gecə 6-10, gündüz 15-20 dərəcə isti olacaq, bəzi yerlərdə 25-27 dərəcəyədək yüksələcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya DepartamentindənSalamNews-a verilən məlumata görə, Azərbaycanın rayonlarında isə hava əsasən yağmursuz olacaq, ayrı-ayrı yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək.
Gecə 6-11, gündüz 20-25, bəzi yerlərdə 28 dərəcə isti olacağı gözlənilir. Dağlarda gecə 0-5 isti, yüksək dağlıq ərazilərdə gecə 5-10 şaxta qeydə alınacaq.
www.salamnews.org
Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin