Bu gün anım tədbirləri ilə əlaqədar Bakıdakı kilsələrdə də Vətən müharibəsi şəhidləri anılır.
Anım Günü ilə bağlı təşkil olunan mərasimdə Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının nümayəndələri, vətəndaşlar iştirak ediblər.
Kilsədə 44 günlük Vətən müharibəsi şəhidlərinin ruhuna dualar oxunub, şamlar yandırılıb.
Qeyd edək ki, bu gün şəhidlərimiz Azərbaycanda fəaliyyət göstərən əksər dini məbədlərdə - məscidlərdə, kilsələrdə, sinaqoqlarda dərin ehtiramla yad olunacaq.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik: