Rusiya Xalq Təsərrüfatı Nailiyyətlərinin Sərgisi (XTNS) “Atom enerjisi” pavilyonunu 50 illik icarəyə verdi. İcarə üçün ödəniş ildə 1 rubldur.
Oxu.Az Realty.vesti.ru-ya istinadən xəbər verir ki, müvafiq sənəd Rusiya Federasiyası hakimiyyəti və Azərbaycan Nazirlər Kabineti tərəfindən imzalanıb, İnterfaks agentliyi bildirib.
Sənəddə həmçinin, ümumi sahəsi 3,1 min kv.m olan pavilyon sərgi-ticarət, mədəniyyət tədbirlərinin təşkili və milli mətbəx restoranının açılması məqsədi ilə istifadə ediləcək.
Qeyd edək ki, “Atom enerjisi” pavilyonu 1953-cü ildə tikilib və ilkin olaraq “Mərkəzi Qara dəniz vilayətləri”nin birləşmiş ekspozisiyası üçün nəzərdə tutulsa da, sonradan RSFSR ekspozisiyaları üçün verilmişdi.
1939-cu ildən XTNS-də memarlıq abidəsi olan, “Azərbaycan SSR” pavilyonu mövcuddur. XTNS-in sahə ekspozisiyası prinsipinə keçdikdən sonra pavilyonun adı dəyişdirilərək “Hesablama texnikası” pavilyonuna çevrildi.
ÜSM (Ümumrusiya Sərgi Mərkəzində) Azərbaycan sərgi-ticarət kompleksinin yaradılması barədə danışıqlar 2010-cu ildən aparılır.
Məlumdur ki, Azərbaycan tərəfi №14 “Hesablama texnikası” pavilyonundan istifadə təklifindən imtina edərək, №71 keçmiş RSFSR, sonra isə “Atom enerjisi” adlanan pavilyonun ona verilməsi üzərində durmuşdu.