Oxu.Az gecce.az-a istinadən xəbər verir ki, bu gün “Gündəlik” verilişinin qonağı olan müğənni Elnur Məmmədov canlı efir vasitəsi ilə sosial şəbəkələrdə məşhurların fotolarının altına xoşagəlməz şərhlər yazan insanlara sərt ismarıc göndərib.
Əsasən də, bu yaxınlarda atasını itirən Afaq Gəncəlinin “Fort Boyard” yarışmasına qatılmasından sonra bir qrup insanların sosial şəbəkələrdə “hücum” xarakterli mesajlarına məruz qalması Elnurun sərt müraciətinə səbəb olub:
“Afaqı biz məcbur etdik ki, bizimlə bu yarışmaya qatılsın. O, getmək istəmirdi. Güclə onu yola gətirib özümüzlə Fransaya apardıq. O, nə sözlərdir “atası yeni dünyasını dəyişib, o, Fransada gəzməkdə”. Ayıb olsun! Biz onu bu yarışmada bizimlə birgə iştirak etməsi üçün neçə gün idi yola gətirməyə çalışırdıq.
Bu cür şərhləri yazan şərəfsiz, şəxsiyyətsiz bir insanlardır ki, elə xoşagəlməz sözlər yazırlar. Milçək bir şey deyil, amma ürək bulandırır məsəlini boş yerə deməyiblər”.