Rusiyanın yol polisinin əməkdaşları Putyovka qəsəbəsində yolverilən sərnişin limitini aşmış VAZ-21043 markalı avtomobili saxlayıblar.
Heç avtomobilin sərnişinləri də adi olmayıb – Azərbaycan sakini maşının salonunda 6 iribuynuzlu heyvan aparırmış.
Bu barədə Vesti.Az Rusiya KİV-ə istinadən xəbər verir.
Sürücünün polislərə bildirdiyinə görə, o, bu heyvanları Smolensk vilayətində alıb və artırmaq üçün Karaçaevsk rayonuna aparırmış.
Lakin azərbaycanlıda danaları müşayiət etməli olan baytarlıq sənədləri olmayıb – işə qarışan Rusiya Kənd Təsərrüfatına Nəzarət Xidməti heyvanları yenidən geriyə, Smolensk vilayətinin Şumyaçski rayonuna qaytarıb.
www.vesti.az
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin