Voronej bölgəsində baş verən qəza ilə bağlı yeni məlumatlar yayımlanıb.
Oxu.Az “İnterfax”a istinadən xəbər verir ki, bununla bağlı Boruçarsk rayon xəstəxanasından bildirilib.
Qəza zamanı ölənlərin ikisi də kişidir:
“Onlar və yaralanan yeddi nəfər Azərbaycan vətəndaşlarıdır. Qəzaya uğrayan mikroavtobus reys üzrə hərəkət etmirmiş.
Yaralılardan biri reanimasiyadadır, ikisinin vəziyyəti orta ağırdır, dördünə isə ambulator yardım göstərilib”, - məlumatda qeyd edilib.
14:29
Rusiyanın Voronej bölgəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, hadisə zamanı mikroavtobusla TIR toqquşub.
Bununla bağlı regionun fövqəladə hallar xidmətindən məlumat verilib.
Moskva vaxtı ilə 10:30-da baş verən hadisə zamanı iki nəfər ölüb, 7 nəfər yaralanıb. Ölənlərin Azərbaycan vətəndaşı olduğu bildirilib.
Qeyd edilib ki, “Mersedes” markalı mikroavtobus Azərbaycandan hərəkət edirmiş.
Faktla bağlı araşdırmalar başlanılıb.