Azərbaycan vətəndaşı saxta pasportla Rusiyanın Arxangelsk bölgəsində saxlanılıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı “Region 29” portalı Rusiya Federal Təрlükəsizlik Xidmətinin Sərhəd İdarəsinə istinadən məlumat yayıb.
Aparılan araşdırmalar zamanı məlum olub, azərbaycanlının 2014-cü ildə Rusiyaya girişi qadağan edilib. Ancaq o, vətənində pasportunu dəyişərək, yenidən Rusiyaya gəlib.
Hazırda həmin şəxs həbs edilib və barəsində cinayət işi başlanılıb.