Rusiyanın Samara şəhərində, Balakova bazarlarından birində ölümcül döyülmüş qarovulçunun cəsədi aşkarlanıb.
Vesti.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, qarovulçunun cəsədini onunla növbəsini dəyişməyə gəlmiş iş yoldaşı aşkarlayıb.
Qarovulçunun yanında onun döyülmüş həyat yoldaşı da olub. Qadın onları Azərbaycandan buraya gəlmiş bazarın sahibinin döydüyünü bildirib. İstintaq orqanlarının versiyasına görə, azərbaycanlı qarovulçuya “dərs vermək” qərarına gəlib və onu metal armatur parçası ilə ölənədək döyüb. Qarovulçunun yanına qonaq gəlmiş arvadı da “öz payını alıb”.
Hazırda azərbaycanlı həbs edilib və polisə ifadə verir.
www.vesti.az
Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin