Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu ilki buraxılış imtahanlarının yekun statistikasını açıqlayıb.
TQDK-nın mətbuat katibi Elnur Nağızadənin Lent.az-a verdiyi xəbərə görə, bu il 11-ci siniflər üzrə buraxılış imtahanlarında 86369 şagird iştirak edib.
Onlardan 19,89 faizi Ana dili fənnindən “2”, 39,78 faizi “3”, 26,17 faizi “4”, 14,16 faizi “5” qiyməti alıb.
Riyaziyyat fənnindən isə 11-ci sinif şagirdlərinin 19,99 faizi “2”, 35,49 faizi “3”, 30,03 faizi “4”, 14,50 faizi isə “5” alıb.
Buraxılış imtahanlarında 116989 9-cu sinif şagirdi iştirak edib. Onlardan 32,03 faizi Ana dili fənnindən “2”, 41,17 faizi “3”, 17,49 faizi “4”, 9,30 faizi “5” qiyməti alıb.
Riyaziyyat fənnindən isə 9-cu sinif şagirdlərinin 30,11 faizi “2”, 39,03 faizi “3”, 17,28 faizi “4”, 13,58 faizi isə “5” qiymətinə layiq görülüb.
www.lent.az
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin