Rusiya Federasiyası, Başqırdıstan Respublikası Arxangelskiy rayonu Uzunlarovskiy qəsəbəsində azərbaycanlı gənc itkin düşüb.
Oxu.Az xəbər verir ki, yaxınlarının Report-a verdiyi məlumata görə, əslən Azərbaycanın Salyan rayonundan olan, 1990-cı il təvəlüdlü Həsənov Sergey Həsən oğlu iki gündür evlərindən çıxıb və onunla əlaqə kəsilib.
Sergey Həsənovla bağlı axtarış elan edilib.
Qeyd edək ki, S.Həsənovun atası Həsən Həsənov uzun illərdir Başqırdıstanda yaşayır və kənd təsərrüfatı biznesi ilə məşğuldur.
A.M.