İctimai fəallar Yekaterinburqda köşklərin birində qanunsuz pivə satışının qarşısını alıblar.
Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, iyunun 2-də, “Vətəndaş Təhlükəsizliyi Fondu”nun fəalları “yoxlama alışı” məqsədi ilə Vısotski dayanacağında köşklərin birindən pivə alıblar.
Bundan sonra hadisə yerinə polis əməkdaşları çağırılıb.
Sahə rəisi Sergey Şişlayev özünü qəribə aparıb, belə ki, o yalnız alınan pivəni müsadirə etdiyini söyləyib, halbuki, köşkdə belə obyektlərdə satışı qadağan edilən içki daha çox həcmdə idi. Fondun fəalları şəhər üzrə DİN İdarəsinin 2 saylı polis bölməsinə zəng etməli olublar.
Fondun fəallarının Polis şöbəsinin əməkdaşları ilə söhbətindən sonra sahə rəisinin mövqeyi dəyişdi, və o köşkdən bütün pivəni götürüb. Nəticədə isə 300 litr pivə müsadirə edilib.
Fərdi sahibkar, Azərbaycan vətəndaşı Şakir Abbasov federal qanunu pozduğuna görə İnzibati hüququn 14.16-cı maddəsi üzrə məsuliyyətə cəlb ediləcək.