Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Rusiyada çalışan Azərbaycan vətəndaşlarının pensiya hüququ tanınacaq - VİDEO
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının 20-ci iclası çərçivəsində “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Müqavilə” imzalanıb.
Sənədi hər iki ölkənin baş nazir müavinləri, Komissiyanın həmsədrləri Şahin Mustafayev və Aleksey Overçuk imzalayıblar.
Xarici ölkələrdə əmək miqrantları kimi fəaliyyət göstərən Azərbaycan vətəndaşlarının gələcək pensiya və sosial sığortalanma üzrə digər hüquqlarının tanınmasını təmin etmək məqsədilə həmin ölkələrlə müqavilələrin bağlanması prioritet fəaliyyət istiqamətlərindən biridir.
Yeni imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Müqavilə” iki ölkə arasında pensiya təminatı sahəsində əlaqələri tənzimləyir. Sənəd Azərbaycan və Rusiya vətəndaşlarının bu dövlətlərin ərazisində qazanmış olduqları pensiya və sosial sığorta üzrə digər hüquqlarının tanınması, qorunması mexanizmlərini müəyyən edir.
"Rusiya Federasiyası" teqi üzrə xəbərlər
- Zaxarova: "Qərb Gürcüstana öz iradəsini qəbul etdirməyə çalışır"
- Türkiyə bayraqları ilə gözdağı, Hələbdən başlanan qanlı yol - Suriyanın gələcəyi necə olacaq?
- Rusiyada qızla görüşə gedən məktəbliyə 27 güllə vuruldu
- Rusiya Suriya ordusuna qarşı döyüşən silahlıların karvanını raket atəşinə tutdu
- Tailanddan Rusiyaya gedən təyyarədə bomba həyəcanı: Mütəxəssislər cəlb edildi
Rəylər