Rusiyada yaşayan Azərbaycan vətəndaşına ölkəni tərk etmək üçün 5 sutka vaxt verilib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, 6 noyabrda Miqrasiya Xidmətinin əməkdaşları Çuvaşiyanın Urmarı qəsəbəsində reydlər keçiriblər. Rusiyanın miqrasiya qanunvericiliyinə riayət etməyə tələb yoxlamalarında azərbaycanlının qanunu pozduğu aşkarlanıb. Rusiyada işləmək icazəsi olmayan Azərbaycan vətəndaşının yerli mağazaların birində müdir işlədiyi bəlli olub.
Urmar rayon məhkəməsi qanun pozuntusu ilə bağlı materiallara baxış keçirib, əcnəbinin Rusiya hüdudlarından çıxarılmasına qərar verib və onu 2000 rubl cərimələyib.
Qərar qüvvəyə mindikdən sonra Azərbaycan vətəndaşına Rusiyanı tərk etrmək üçün 5 sutka veriləcək. Bundan əlavə, növbəti 5 il ərzində onun Rusiya ərazisinə girişi qadağan ediləcək.
Hazırda azərbaycanlıya iş verənin məsuliyyətə cəlb olunması üzrə araşdırma gedir.