Azərbaycanın Rusiyadan aldığı koronavirusa qarşı tətbiq olunan vaksinin ilk partiyasının ölkəyə gətiriləcəyi vaxt məlum olub.
Oxu.Az xəbər verir ki, vaksinlər sabah Bakıya gətiriləcək.
Qeyd edək ki, bu ilin martın 11-də Baş nazir Əli Əsədov 300 000 doza “Sputnik V” dərman vasitəsinin Rusiyadan Azərbaycana idxalı ilə bağlı sərəncam imzalayıb.