Rusiyanın Kurqan şəhər məhkəməsi yerli sakinin Azərbaycan vətəndaşı ilə nikahını pozub.
Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, araşdırmalar zamanı azərbaycanlı bəyin vətənində artıq evli olduğu aydınlaşıb.
Kurqan prokuroru məhkəməyə müraciət edərək, Rusiyada bağlanan nikahın pozulmasını istəyib.
Azərbaycan vətəndaşı ilə Kurqan sakininin 2016-cı ilin iyununda bağlanan nikahı saxta olub.
Prokurorluğun məlumatına görə, azərbaycanlı 2004-cü ildən vətənində ailə həyatı qurub.
Rəylər