Hadisə ötən ilin yayında, Nijni Novqorodun Kanavinsk rayonunda baş verib.
O zaman bir ideya – pedofillərlə (azyaşlı uşaqlara qarşı əxlaqsız hərəkətlər edənlərlə) mübarizə ideyası altında birləşrəək, azyaşlı qız adı altında internetdə 32 yaşlı nijninovqorodlu ilə tanış olub və onu görüşə çağırıblar. Bu zaman gənclərin tanışı olan azyaşlı qız kişi ilə görüşüb və onu əvvəlcədən razılaşdırılmış yerə gətirib.
Burada kişini qarşılayan gənclər onu utandırmağa başlayıblar. Bir müddət sonra onlara iki tanış şəxs yaxınlaşıb. Söhbətin nədən getdiyini öyrənən kimi, onlar nijninovqorodluya hücum edərək, onu döyüb və qarət ediblər. Bu şəxslər – 1994-cü il təvəllüdlü azərbaycanlılar əvvəllər də “Oğurluq” maddəsi üzrə həbsdə olublar. Onlar düşünüblər ki, nijninovqorodlu polisə müraciət etməyəcək, çünki hadisənin əvvəlini – azyaşlı qızla nə səbəbdən görüşməsini də danışmalı olacaq, lakin yanılıblar.
Polis hər iki şəxsi həbs edib, barələrində “Quldurluq” maddəsi üzrə cinayət işi qaldırılıb. Hazırda cinayətkarlar müttəhim kürsüsündə əyləşiblər.
www.nn.ru
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin