Bu barədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin təbliğat və təşkilat sektorunun müdiri Mənsur Piriyev Modern.az-a açıqlamasında deyib.
O, qeyd edib ki, çimərlik mövsümünün açılışı ilə bağlı Buzovna çimərliyində təntənəli mərasim keçiriləcək.
“Dövlət Sularda Xilasetmə Xidmətinin bütün şəxsi heyəti, o cümlədən xilasedicilər orada şərti əməliyyat məşqləri keçirəcəklər. Heyətimiz tam şəkildə çimərlik mövsümünə hazırdır. Eyni zamanda bizim ilboyu orta məktəblərdə maarifləndirmə işlərimiz də davam edir.
Ümumiyyətlə, mövsümün açılışı ilə bağlı Nazirlik tərəfindən ictimaiyyət və media nümayəndələri məlumatlandırılacaq”, – deyə M.Piriyev vurğulayıb.
www.modern.az
Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin