Rayon Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, Ramana Südçülük sovxozunda yeni tikilidə yaşayan 24 yaşlı Aminə Murtuzayeva özünü öldürüb.
O, özünü qonşusunun tikilisində dəmir borudan asıb.
A.Murtuzayeva 7 aylıq hamilə olub.
Sabunçu Rayon Prokurorluğundan aldığımız məlumata görə, Aminə Murtuzayeva təzə gəlin olub.
Mərhum qadın hamiləliyini pis keçirirmiş və buna görə də çox əsəbi olubmuş. Tez-tez stres keçirən A.Murtuzayeva buna görə də atasının evində qalırmış. Ötən gün nəvə gözləyən valideynlər qızlarının asılmış meyitini tapıblar.
www.milli.az
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin