Rusiyada Telman İsmayılova məxsus şirkətdə Vyetnamdan olan 700 qul saxlanılırmış.
Oxu.Az Vesti.Az-a istinadən xəbər verir ki, polislər Moskvadakı firmalardan birinin direktorunu ölkəyə qeyri-qanuni gəlmiş 700-ə yaxın şəxsi öz ərazisində qeyri-qanuni saxlamaqda şübhəli biliblər.
“İstintaqın məlumatına görə, saxlanılan şəxs “AST Qrup” QSC-nin direktoru və səhmdarıdır. Onun adından icarəyə götürülmüş anbarlarda 700-ə yaxın Vyetnam vətəndaşı qanunsuz şəkildə yaşayıb və işləyiblər” – deyə, Rusiya DİN-nin Moskva üzrə Baş İdarəsindən bildiriblər.
Cümə günü müstəntiqlər həmin şəxsi həbs etməyi istəyiblər.
Qeyd edək ki, “AST Qrup” tanınmış azərbaycanlı iş adamı Telman İsmayılova məxsusdur.