Bu il xaricdə təhsil almaq üçün tələbələrin seçimi tam bitdikdən sonra onlara plastik kartlar veriləcək. Bu plastik kartların verilməsi onların təqaüdlərinin gecikməsinin qarşısının alınması üçündür.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu fikirləri təhsil naziri Mikayıl Cabbarov ASAİF-in “XI Yay Forumu”nda çıxışı zamanı deyib.
O bildirib ki, xaricdə təhsil aldıqdan sonra vətənə qayıdan məzunlar cəmiyyətə tam inteqrasiya olmalıdır:
“Əvvəllər təhsil almaq üçün xaricə göndərilən məzunlarla birlikdə görüş keçirilirdi. Artıq onlarla tək-tək görüşlər keçiriləcək. Onlar vətənə döndükdən sonra istər dövlət, istərsə də özəl sektorda işlə təmin olunurlar”.