Rusiyadan Azərbaycana gələrkən qəzaya uğrayan “Volkswagen Crafter” markalı mikroavtobusun görüntüləri yayılıb.
Oxu.Az-ın əldə etdiyi fotolarda 20-EB-289 dövlət nömrə nişanlı mikroavtobusun MAN markalı yük maşınına arxadan çırpıldığı, zərbənin təsirindən yararsız vəziyyətə düşdüyü görünür.
Qeyd edək ki, hadisə zamanı iki nəfər ölüb, səkkiz nəfər yaralanıb.