Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Bakıda qatar taksini vurdu - YENİLƏNİB
Zirədə qatarla avtomobilin toqquşması zamanı xəsarət alan iki nəfərə təcili tibbi yardım tərəfindən qoyulan ilkin diaqnoz təsdiqini tapmayıb.
Bu barədə Oxu.Az-a Səhiyyə Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, xəsarət alan 22 yaşlı qızda və 20 yaşlı oğlanda qapalı kəllə-beyin travması aşkarlanmayıb.
Onların vəziyyətləri normaldır. Ambulator müalicəyə buraxılıblar.
14:05
Zirə qəsəbəsində qatarın taksini vurması nəticəsində yaralananların vəziyyəti açıqlanıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov Oxu.Az-a açıqlamasında bildirib ki, yaralılara ilkin yardım edilib və onlar təcili olaraq xəstəxanalara çatdırılıblar:
“Müayinə zamanı 22 yaşlı qıza qapalı kəllə beyin travması diaqnozu və yuxarı ətrafların sınığı, 20 yaşlı oğlana isə qapalı kəllə beyin travması diaqnozu qoyulub. Onların vəziyyətləri ağırdır. Yaralılar təcili olaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb.
Onlardan başqa, hadisədə yaralanan sol qolun sıyrılmış yarası ilə 38 yaşlı kişi və sol çiynin və sol baldırın travması ilə 33 yaşlı kişiyə yerində yardım edilib. Onlar xəstəxanaya getməkdən imtina ediblər”.
13:17
Zirə qəsəbəsində qatar taksini vurub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə Qala yolu adlanan ərazidə baş verib.
Qatarın taksini vurması nəticəsində 5 nəfərin xəsarət aldığı deyilir.
İlkin məlumata görə, yaralıların vəziyyəti ağırdır.
Səhiyyə Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, hadisə yerinə 5 təcili tibbi yardım briqadası cəlb olunub:
“Hazırda həkim briqadaları hadisə yerindədir. Yaralılara yardım edilir. Əlavə məlumat veriləcək”.
Könül Cəfərli
Rəylər