Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Rusiyadan qayıtmaq istəyən azərbaycanlıların ölkəyə gətirilməsi ilə bağlı AÇIQLAMA + VİDEO
“550-ə yaxın vətəndaşımız Azərbaycanın Rusiyadakı səfirliyinin “Qaynar xətt”inə müraciət edib”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, Rusiyada olan vətəndaşların Azərbaycana gətirilməsi növbəlilik əsasında “evə gedirəm” portalı vasitəsilə həyata keçiriləcək:
“Vətəndaşlarımız orada qeydiyyatdan keçməlidir. Sistem avtomatik şəkildə növbəliliyi təmin edəcək. Portal fəaliyyətə başlayandan sonra növbəti beş gün ərzində aktivləşəcək, ondan sonra digər beş gün fəaliyyət dayandırılacaq ki, müraciət edənlər aşkarlansın.
Sonra yenidən fəaliyyətə başlayacaq. Ümumilikdə, növbəti həftələrdə 200-400 Azərbaycan vətəndaşının mərhələli şəkildə ölkəyə gətirilməsi nəzərdə tutulur”.
H.Hacıyev bildirib ki, qarşıdakı dövr ərzində isə digər ölkələrdən Azərbaycan vətəndaşlarının xüsusi çarter reysləri ilə ölkəyə gətirilməsi həyata keçiriləcək:
“Azərbaycan Hava Yolları və “Buta” Hava Yolları ilə biletləri olan və uçuşları həyata keçirə bilməyən vətəndaşların gətirilməsinə üstünlük veriləcək”.
İlhamə Əbülfət
"Hikmət Hacıyev" teqi üzrə xəbərlər
- Hikmət Hacıyev "Politico"nun qərəzli məqaləsini dezinformasiyanın çirkin nümunəsi adlandırıb
- Hikmət Hacıyev amerikalı parlamentariləri ermənipərəst mövqelərinə görə sərt tənqid etdi
- Qərbin ikiüzlülük nümunəsi: COP29-a kölgə salmaq üçün səmərəsiz cəhdlər
- Hikmət Hacıyev Ermənistanın Azərbaycana qarşı ekoloji terroru ilə bağlı görüntülər paylaşıb
- Hikmət Hacıyev Fransanın və Ermənistanın COP29-da iştirak etməməsi məsələsindən danışıb
Rəylər