Məşhur rusiyalı bloqer və fotoqraf Aleksandr Belenkiy bir müddət əvvəl Qarabağdan olan azərbaycanlı qaçqınlar, onların yaşayış şəraiti haqqında reportaj hazırlamışdı.
Həmin reportaj bu gün də oxucular və bloqerlərin diqqət mərkəzindədir. Oxucuların marağını nəzərə alaraq, Vesti.Az bloqer Aleksandr Belenkiy ilə əlaqə saxladı.
Məşğul olmasına baxmayaraq, bloqer Bakı, paytaxtın yolları və bir çox başqa məsələlər barədə öz təəssüratlarını paylaşmağa razılıq verdi:
“Bakının möcüzələri haqqında çox eşitmişdim. Şəhər artıq ikinci yüz ildir ki, neftdən böyük gəlirlər əldə edir. Hələ Rusiya imperiyasının qürub vaxtlarında bu yer xüsusi idi və həm Qərb, həm də Şərq ölkələrindən ən həvəskar qonaqları təəccübləndirirdi.
Bakıda məni bir də o təəccübləndirdi ki, rus dilində hər kəs danışa bilir. Hətta balaca uşaqlar da. Bu gün uşaqlar məktəblərdə daha çox ingilis dilini öyrənsələr də, rus dilini əvvəlki kimi mühüm və lazımlı hesab edirlər. Bu, keçmiş sovet respublikaları arasında nadir rast gəlinən haldır.
Azərbaycanın yolları məni yaxşı mənada təəccübləndirdilər. Ölkədə yollar yaxşıdır. Mən hətta Azərbaycanın magistral yollar şəbəkəsinə 4, keçmiş sovet ölkələri ilə müqayisə etdikdə isə, +4 qiymət verərdim.
Qaydalar, işarələr, yol xətləri – hər şey demək olar ki, Rusiyada, daha dəqiqliklə, SSRİ-də olduğu kimidir. Bakıda yolların ətrafında təkcə havanın və asfaltın temperaturunu deyil, həm də döngələrə və istiqamətlərə yol işarələrini əks etdirən informasiya tabloları var.
Yerli sakinlər dönməyin o qədər də asan olmadığı yollara öyrəşməyiblər. Və ona görə də, artıq bir neçə kilometr getməyin əvəzinə qarşı yola çıxılar. Rəhbərlik belə “ağıllılara” qarşı tədbir görməsə yaxın vaxtlarda daha bir Misir ssenarisi peyda olacaq – Misirdəki kimi, yol çox enli olsa da, orada mütləq xaos yaşanacaq.
Mənim fikrimcə, toy maşınları özlərini çox həyasızcasına aparırlar. Burada qarşı xəttə çıxmağa görə sürücülük vəsiqəsindən məhrum etmirlər, yalnız yüz avro cərimələyirlər. Bundan başqa, Azərbaycanda bal sistemi mövcuddur, bal limitini aşan şəxsi sürücülükdən kənarlaşdırırlar. Lakin hər gün aldatmağın qeyri-mümkün olduğu stasionar kameralar daha da çoxalır.
Yol polisi sürücülərlə qaydalarla oynamaq barədə razılığa gəlib: onlar yalnız “Radar” xəbərdarlıq işarəsindən sonra kamera qoya və ya pusquda dayana bilərlər. Kim sürəti azaltmadısa, polislər günahkar deyil.
Bütün patrul maşınları üçüncü və beşinci seriyalı “BMW” modelləridir. Polislər kolluqlarda da gizlənir, ağaclarını yelləyib maşınları saxlayır, Amerikada olduğu kimi qayda pozanlara çatıb, onları yolun kənarına sıxaraq dayandırırlar. Bütün maşınları videoqeydiyyat aparan cihazlar və diktofonlarla təchiz edilib, heç nəyi silmək olmur. Birbaşa rüşvət bir təzahür kimi demək olar ki, yoxa çıxıb. Həm də ona görə ki, indi müfəttişə cəriməni yerində, tam rəsmi olaraq ödəmək olar. Lakin bunun üçün kredit kartı lazmdır, maşınlarda terminallar quraşdırılıb. Əgər bank vasitəsilə üç gün ərzində ödəniş etsəniz, sizə endirim də təklif olunacaq.
Azərbaycanda sürücülük adəti barədə ayrıca danışmaq lazımdır. Lakin qısa olaraq – Moskvada olduğu kimi sürürlər, qarşı yola çıxır, qaydalara əməl etmirlər. Bircə fərq var: burada sürücülər Moskvada olduğu kimi əsəbi və aqressiv deyillər. Heç kim yaxınlaşıb səni döyməyəcək, xüsusilə də yol vermədiyinə görə, yaxud “kiminsə parkinq yerini” tutduğun üçün sənə travmatik tapançadan atəş açmayacaq. Bu isə artıq mentalitetdə olan fərqin təzahürüdür”.
www.vesti.az
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin