Rusiya Federasiyasının baş prokuroru Yuri Çayka Kazan şəhəri ətrafında bölgələrarası ekoloji prokurorluğuna rəhbər təyin edib.
Y.Çaykanın əmri ilə bu vəzifəyə 42 yaşlı ədliyyə müşaviri Denis Aleksandrov gətirilib.
Oxu.Az-ın xəbərinə görə, O, vəzifəsinin icrasına başlamaq üçün Tatarıstan Prezidenti Rüstəm Minnixanova təqdim edilib.
Denis Aleksandrov Azərbaycanın paytaxtı Bakı şəhərində anadan olub. 1999-cu ildə Çuvaş Dövlət Universitetini bitirib, iki il sonra prokurorluğa daxil olub.
D.Alexsandrov bundan sonra Samara və Novoçeboksarskda prokuror müavini vəzifəsini icra edib. 2007-ci ildə o, prokuror vəzifəsini ən yaxşı icra edən şəxs seçilib.
Günel Murad