Saatlı rayonunda avtomobil yanıb.
Oxu.Az xəbər verir ki, bu barədə jurnalist Sahib Rüstəmli sosial şəbəkədə məlumat paylaşıb.
O qeyd edib ki, qəza Saatlı rayonun Mustafabəyli kəndi ərazisində baş verib. “VAZ – 21011” markalı avtomobil yoldan çıxaraq aşıb. Yolun kənarında kolluğa düşən “VAZ – 21011” markalı avtomobildə yanğın başlayıb. Maşın tamamilə yanaraq yararsız vəziyyətə düşüb.
Hadisə yerinə FHN əməkdaşları cəlb olunub.
E.Ə.
www.oxu.az