Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Saatlıda Birinci Qarabağ müharibəsinin şəhidi Namiq Cəfərov dəfn edildi
Tərtər şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Namiq Balaxan oğlu Cəfərovla Saatlı şəhərində vida mərasimi keçirilib.
"Report"un yerli bürosunun məlumatına görə, şəhidin nəşi Saatlı şəhəri Şəhidlər xiyabanında dəfn olunub.
Dəfn mərasimində şəhidin doğmaları, Saatlı Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Namiq Balaxan oğlu Cəfərov 1973-cü il avqustun 9-da Saatlı şəhərində anadan olub. O, 1992-ci il sentyabrın 30-da Ağdərə rayonunda itkin düşüb.
