Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Elnur Qəhrəmanov və qardaşı Samir saxlanılıblar.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, onların yaşadığı ünvandan 17 ədəd xüsusi aqrotexniki qaydada yetişdirilmiş çətənə kolu aşkarlanıb.
Şöbə əməkdaşları tərəfindən keçirilən digər tədbirlər zamanı isə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Səxavət Şükürov, Salam Süleymanov, Xəyal Əkbərov, Möhlət Kərimov və Şamo Zeynalov saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.