Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Azərbaycan Prezidenti: "Biz inkişafda olan kiçik ada dövlətləri ilə də fəal işləyirik"
"Biz inkişafda olan kiçik ada dövlətləri ilə də fəal işləyirik. Biz onları dəstəkləmək üçün xüsusi fond yaratmağı planlaşdırırıq".
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev iyunun 4-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - "Caspian Oil&Gas" və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - "Caspian Power" sərgilərinin açılış mərasimindəki çıxışında söyləyib.
"Çünki bizdə, Azərbaycanda iqlim dəyişikliyi problemdirsə, bu, həmin ada dövlətlərinin mövcudluğuna olan təhlükədir. Biz bu işə məsuliyyətlə yanaşırıq", - deyə dövlətimizin başçısı əlavə edib.
"Bakı Enerji Həftəsi" teqi üzrə xəbərlər
- Öz ayıbına yox, Azərbaycan həqiqətlərinə kor olan Qərb
- İlham Əliyev: "Azərbaycan bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün də cəlbedicidir"
- "Euronews" televiziyasında Prezident İlham Əliyevin müsahibəsi yayımlanıb
- COP-29-u əvvəlki analoji tədbirlərdən fərqləndirən cəhətlər hansılardır?
- Corc Vaşinqton Universitetinin professoru: "Azərbaycan bərpaolunan enerji gücünü artırıb"