Saatlıda yük maşınının minik avtomobili ilə toqquşması nəticəsində 2 nəfər xəsarət alıb.
Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, hadisə Hacıqabul-Horadiz magistral yolunun rayonun Qaralar kəndi ərazisindən keçən hissəsində baş verib.
Məlumata görə, minik avtomobilinin "Şaqman" yük maşını ilə toqquşması nəticəsində Saatlı rayon sakini Məhərrəmli Zamiq Rövşən oğlu və Ağcabədi sakini 1999-cu il təvəllüdlü Rzayev Elgin Etibar oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.
Hər iki şəxs Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.