Abşeron çimərliklərində gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Oxu.Az-a verilən məlumata əsasən, iyulun 25-də mülayim şimal-qərb küləyi əsəcək.
Dəniz suyunun temperaturu şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) 26-27° isti, cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 27-28° isti olacaq.