Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Sabah Bakıda hava küləkli olacaq
Azərbaycan ərazisində fevralın 3-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gecə və səhər bəzi yerlərdə arabir duman, az çiskin gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 4-7° isti, gündüz 8-11° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85% olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 9-14° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3-8° isti olacaq.
"Hava proqnozu" teqi üzrə xəbərlər
- Sabah qar yağacaq, yolların buz bağlama ehtimalı var - 07.02.2025
- Sabah yağış yağacaq, duman olacaq - 06.02.2025
- Yaponiyaya 1972-ci ildən bu yana rekord miqdarda qar yağıb: Xəbərdarlıq edildi
- Küləyin sürəti bəzi yerlərdə güclənib - FAKTİKİ HAVA
- BDYPİ qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Rəylər