Abşeron çimərliklərində iyulun 13-də müşahidə olunacaq hava şəraiti məlum olub.
Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, sabah mülayim şimal-qərb küləyi əsəcək.
Çimərliklərdə dəniz suyunun temperaturu aşağıdakı kimi olacaq:
- Şimal çimərlikləri (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba): 24-25° isti;
- Cənub çimərlikləri (Türkan, Hövsan, Sahil, Şıxov): 25-26° isti.
Qaynar xətt:
(055) 224 12 12