Ölkə ərazisində arabir güclənən şimal küləyinin əsəcəyi proqnozlaşdırılır.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova açıqlamasında deyib.
Onun sözlərinə görə, ölkə ərazisində arabir güclənən şimal küləyi əsəcək. Dəyişkən hava şəraiti iki gün 5-6 sentyabr tarixlərinədək davam edəcək.