Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Sabahın hava proqnozu AÇIQLANDI
Ölkə ərazisində martın 31-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Oxu.Az-a verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.
Havanın temperaturu gecə 5-10 dərəcə isti, gündüz 12-17 dərəcə isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80%, gündüz 55-60% olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Səhər yağıntılar tədricən kəsiləcək, gündüz əsasən yağmursuz keçəcək. Gecə və səhər arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 5-10 dərəcə isti, gündüz 16-21 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.
"Hava proqnozu" teqi üzrə xəbərlər
- Bəzi rayonlarda şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA
- Aprelin sonuna doğru hava şəraiti dəyişəcək, yağış yağacaq
- Sabah Azərbaycanda 32 dərəcə isti olacaq - 26.04.2025
- Azərbaycan ərazisindəki bəzi çaylarda sululuq artıb
- Növbəti iki gündə bəzi rayonlarda leysan yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ