Daşkəsən rayonunun sabiq icra başçısı, keçmiş deputat Əhəd Abıyev qardaşının ölüm xəbərinə münasibət bildirib.
Oxu.Az xəbər verir ki, Ə.Abıyev bu barədə "Qafqazinfo"ya açıqlama verib.
O bildirib ki, qardaşı hazırda ev şəraitində müalicəsini davam elətdirir:
"Qardaşım uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkir. Əvvəl Türkiyədə, bu günlərə kimi isə Azərbaycandakı xəstəxanaların birində müalicə alıb. Amma qardaşım ölməyib, sağdır. Bilmirəm ki, bu cür yalan məlumatları niyə yayırlar".
Uzun müddət Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışmış Nadir Abıyev vəfat edib.
Oxu.Az Publika.az-a istindən xəbər verir ki, onun ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, Nadir Abıyev Daşkəsən rayonunun sabiq icra başçısı Əhəd Abıyevin qardaşı olub.