Sabirabad Sənaye Məhəlləsində yeni fəaliyyətə başlayan istehsal müəssisələrinin fəaliyyəti ilə tanışlıq məqsədilə əraziyə mediatur təşkil olunub.
Oxu.Az Photostock.az-a istinadla xəbər verir ki, Prezidentin izi ilə rayona təşkil olunan ənənəvi mediatur çərçivəsində jurnalistlər "Azera Toxumçuluq" MMC-nin toxum istehsalı müəssisəsinin, "Humix" MMC-nin aqrokimyəvi vasitələrin istehsalı müəssisəsinin və "Fırtına Su Sistemləri" MMC-nin fəaliyyəti ilə tanış olublar.
Media nümayəndələri bu müəssisələrin iqtisadi göstəriciləri barədə məlumatlandırılıb.






Daha çox foto burada: PhotoStock.az