Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Sabirabadda Birinci Qarabağ müharibəsinin şəhidi Zülfüqar Abbasov dəfn edilib
Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Zülfüqar Kamil oğlu Abbasovun meyitinin qalıqları Sabirabad rayonunun Kürkəndi kəndinə gətirilib.
"Report"un Aran bürosunun məlumatına görə, şəhidin nəşi kənddə ailəsinə təhvil verilib.
Şəhidlə vida mərasimi keçirilib. Onun nəşi Sabirabad rayonunun Kürkəndi kənd qəbiristanlığında dəfn olunub.
Dəfn mərasimində şəhidin doğmaları, Sabirabad Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Zülfüqar Kamil oğlu Abbasov 1973-cü il sentyabrın 1-də Sabirabad şəhərində anadan olub. O, 1994-cü il martın 30-da Ağdərə rayonunun Çaylı kəndi istiqamətində itkin düşüb.
"Qarabağ" teqi üzrə xəbərlər
- Ceyhun Bayramov: "Ermənistanla dialoq vasitəçilərlə olandan daha əhəmiyyətli nəticələr verir"
- "Doğma torpaq" bədii filminin premyerası keçirildi
- İlqar Safat: "Doğma torpaq" işğaldan azad edilən ərazilərdə çəkilən ilk filmdir"
- Paşinyan: "Qarabağ uğrunda hərəkatın davam etdirilməsi dövlətçilik üçün məhvedicidir"
- Paşinyan: "Yeni konstitusiyada Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır"