Baş Dövlət Yol Polisi İdarəsi Sabirabad rayonunda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı açıqlama verib.
Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə şöbəsinin rəisi, polis mayoru Rövşən Tağıyev Oxu.Az-a açıqlamasında bildirib ki, bu gün səhər saat 08:00 radələrində Hacıqabul-Horadiz avtomobil yolunun Sabirabad rayonu ərazisindən keçən 41-ci kilometrliyində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib:
“Belə ki, “Mercedes” markalı, 77-GA-219 dövlət qeydiyyat nişanlı mikroavtobusun sürücüsü hərəkətdə olarkən yol çiynindən yolun hərəkət hissəsinə çıxmaq istəyən “Atego” markalı, 99-JL-056 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşub.
Qəza zamanı mikroavtobusda olan bir sərnişin ağır xəsarət alıb. Faktla bağlı araşdırma aparılır”.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, baş verən hadisə ilə əlaqədar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına beş nəfər yerləşdirilib:
“Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda xəsarət alanlardan bir nəfərin müalicəsi (vəziyyəti ağır qiymətləndirilir) reanimasiya şöbəsində, dörd nəfərin müalicəsi (vəziyyətləri stabil qiymətləndirilir) isə təcili tibbi yardım şöbəsində davam etdirilir”.
09:08
Sabirabad rayonunda avtobusla TIR toqquşub.
Oxu.Az-ın məlumatına görə, hadisə zamanı beş nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
:640.jpeg)
İlhamə Əbülfət