Şabran sakininin avtomobilindən beşbarmaq və bıçaqlar götürülüb.
Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində şəhər sakini A.Qədirovun idarə etdiyi “VAZ-2112” markalı avtomobilə baxış zamanı oradan metamfetamin, bir ədəd beşbarmaq və iki ədəd bıçaq aşkar edilərək götürülüb.