Şabranda baş vermiş güclü yanğın sönüb.
Oxu.Az-ın şimal bölgəsi üzrə müxbirinin verdiyi məlumata görə, 20 hektardan artıq ərazini əhatə edən yanğın bu gün səhər saatlarında sönüb.
FHN-nin Şabran yanğından mühafizə hissəsindən verilən məlumata əsasən, ərazidə kol-kos yanıb. Yanğınsöndürən avtomobillər əraziyə daxil ola bilməsələr də, kənardan sözügedən əraziyə ciddi nəzarət edilir.
Qeyd edək ki, ötən gün axşam Şabranın Güləmli kəndinin sahil boyu ərazisində güclü yanğın olub.
Yanğının baş vermə səbəbləri araşdırılır.
00.43
Şabranda yanğın davam edir.
Oxu.Az-ın şimal bölgəsi üzrə müxbirinin verdiyi məlumata görə, yanğın baş vermiş əraziyə daxil olmaq mümkün deyil.
Şabran Yanğından Mühafizə hissəsinin yanğınsöndürən maşını əraziyə daxil ola bilməyib. Hadisə baş verən yerdə yolsuzluq şəraiti mövcuddur.
Yaxınlıqda yaşayış evləri yoxdur.
Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.
22.21
Şabranda güclü yanğın başlayıb.
Oxu.Az-ın şimal bölgəsi üzrə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Güləmli kəndi ərazisində baş verib.
FHN-nin yanğından mühafizə hissəsinin bir yanğınsöndürən maşını və canlı qüvvəsi əraziyə cəlb edilib. Yanğın davam edir.

İlkin məlumata görə, dəniz kənarında 20 hektar ərazidə kol-kos yanıb. Yanğının miqyasının qarşısını almaq üçün işlər davam etdirilir.
Tehran Orucoğlu