Şabran rayonunda meşəlik ərazidə yanğın baş verib.
Hadisə yerinə ezam olunan Baku TV əməkaşı yanğının Şabran rayonu Zeyvə kəndinin yaxınığına qədər keçdiyini deyib.
Bildirilib ki, hadisə yerində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə bilikdə Şabran rayon İcra Hakimiyyətinin əməkdaşları da əraziyə cəlb olunublar.
Şabran rayon icra hakimiyyətinin əməkdaşı İlkin Ağayev bildirib ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə kənd sakinləri də yanğının söndürülməsində iştirak edir.
Daha ətraflı Baku TV-nin süjetində: