Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
:1200.jpg)
Sabunçu rayonunda marketin anbarında yanğın olub - YENİLƏNİB + VİDEO
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində marketdə yanğın baş verməsi barədə məlumat daxil olub.
Qurumdan verilən məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğın nəticəsində, ilkin hesablamaya əsasən, marketin 700 kvadratmetr sahədə anbarı yanıb.
Yanğın zamanı anbarın içərisindəki ərzaq malları yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə çıxarılıb.
Bitişik ümumi sahəsi 1100 kvadratmetr olan ikimərtəbəli anbar yanğından mühafizə olunub.

08:26
Bakının Sabunçu rayonunda yerləşən marketin anbarında yanğın olub.
Oxu.Az xəbər verir ki, hadisə “Zabrat-1” qəsəbəsində “Ayxan” marketdə qeydə alınıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin altı texnikası cəlb edilib. Alovun qarşısı alınıb.
Obyektin qalan hissəsi isə yanğından mühafizə olunub. Yanğın səbəbindən ətraf ərazilərdə elektrik enerjisinin verilişi dayandırılıb.
Könül Cəfərli
Rəylər