Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
![Sabunçuda naməlum şəxs kompleksin gözətçisini HƏDƏLƏDİ: 10 min manatlıq oğurluq ETDİ](https://images.oxu.az/2025/01/10/oL9Mi4RJCxivL0mks3boGaQtvuiBPZDPzwxHf1ac:1200.jpg)
Sabunçuda naməlum şəxs kompleksin gözətçisini HƏDƏLƏDİ: 10 min manatlıq oğurluq ETDİ
Sabunçu rayonunda naməlum şəxs kompleksin gözətçisini hədələyib, 10 min manatlıq oğurluq edib.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Bildirilib ki, Sabunçu rayonu ərazisində yerləşən komplekslərin birindən naməlum şəxsin oğurluq etməsi və nəticədə zərərçəkənə 10 min manat maddi ziyan vurması, daha sonra gözətçini kəsici alətlə hədələyərək hadisə yerindən qaçması barədə polisə məlumat daxil olub.
Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar - 39 yaşlı N.Quliyev və 34 yaşlı A.Balayev müəyyən olunaraq saxlanılıblar.
Araşdırmalar aparılır.
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Sinif rəhbəri şagirdin başını dəfələrlə divara vurub? - ARAŞDIRMA BAŞLADI
- Bakıda şagirdi təkləyib döydülər: Yayılan görüntülər ARAŞDIRILIR
- Ağcabədi sakini 10 kiloqram narkotiklə ələ keçdi
- Zaqatalada narkotiklərin satışı ilə məşğul olan keçmiş məhkum tutulub
- Polisə dəstək olanların xüsusi geyim forması olacaq
Rəylər