Bakı şəhəri 189-190 nömrəli tam orta məktəbin musiqi müəllimi tərəfindən şagirdə qarşı qeyri-uyğun davranışla bağlı sosial şəbəkədə yayılmış məsələ ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılacaq.
İdarədən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, araşdırmanın nəticələri barədə məlumat veriləcək.
Qeyd edək ki, məktəbdə müəllim-şagird münasibətləri hər zaman diqqət mərkəzində saxlanılır, uşaqların psixoloji dayanıqlılığının artırılması və məktəb-valideyn əməkdaşlığının inkişafı məqsədilə müvafiq tədbirlər həyata keçirilir, davamlı olaraq zəruri maarifləndirmə işləri görülür. Bu kimi məsələlərin həllində uşaqların psixoloji zərər görməməsi əsas amil kimi diqqət mərkəzində saxlanılır.
İlhamə Əbülfət