“Məktəblərdə şagirdlərin qiymətləndirməsinə yenidən baxılır”.
Oxu.Az-ın məlumatına görə, bunu “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlimdə Təhsil İnstitutunun direktoru Rüfət Əzizov bildirib.
O bildirib ki, bu barədə müzakirələr aparılır:
“Ola bilsin ki, hansısa qiymətləndirməni azaldıb, daha az sayda mərkəzləşdirilmiş imtahanlar olsun”.
R.Əzizov qeyd edib ki, növbəti illərdə kurikulum daha da sadələşdiriləcək.
İlhamə Əbülfət